bərkə çəkmək

to drive someone into a corner / to stand someone at a deadlock припeрeть к стенке / ставить в тупик / наседать (приставать с ножом к горлу)
bərkə-boşa salmaq
bərkə düşmək
OBASTAN VİKİ
Bərkə xan
Bərkə xan (1209, Burxan Xaldun dağı – 1267, Tiflis) – Qızıl Orda xanı, Cuçi xanın oğlu. == İlkin həyatı == Bərkə xan Cuçi xanın övladlarından biri idi. I Monqol qurultayında, 1236-cı ildə Batı xanın qərbə səfərində iştirak etmişdi. Buxarada olan vaxt, Xarəzmli Şeyx Seyfəddin Dərvişdən İslamı öyrənərək müsəlman olmuşdu. 1248-ci ildə II Monqol qurultayının hazırlanmasına kömək etmişdi. == Hakimiyyəti == Ulaqçi xanın taxtdan əl çəkməsindən sonra yerinə əmisi Bərkə xan keçdi (1257). 1259-cu ildə Boroldayın Polşa və Litvaya yürüşünü əmr edərək bir çox şəhəri ələ keçirmişdi. == Hülakü ilə müharibə == Hülaku xanın xəlifə Müstəsim Billahı edam etməsi Bərkəni qəzəbləndirmişdi. 1262-ci ildə onunla müharibəyə başladı. Baybarsla müttəfiq olan Bərkə xan Noqay xanın başçılığı ilə Hülakunu Terek çayı sahilində məğlub etdi.
Saray Bərkə
Saray Bərkə — bu orta əsr şəhəri mənbə və məxəzlərdə həm də Saray əl-Cədid, Şəhr əl-Cədid əl Məhrusə, Orda əl-Cədid kimi də çəkilir. Qızıl Orda imperiyasının paytaxtı olmuşdur. Saray Bərkənin xarabalıqları Volqoqrad vilayətinin Lenin rayonuna daxil olan Tsarev kəndi (Aktoba çayı üzərində) ərazisindədir. Şəhəri 1260-cı ildə Qızıl Orda xanı Bərkə xan (1256–1266)saldırmışdı. Batı xan öldüyü il, hakimiyyətə Batı xanın qardaşı Bərkə (və ya Bərkay, Bərkə Oğul) keçir. Bərkə müsəlman idi; tarixdə ilk müsəlman Qızıl Orda hökmdarı olaraq düşən Bərkə xan islamiyyəti hələ qardaşı oğulları zamanında qəbul etmişdi. Bərkə xanın İdil kənarında geniş düzənlikdə saldırdığı Saray Bərkə şəhəri geniş küçələri, böyük və dolu bazarları olan möhtəşəm bir şəhər idi. Həqiqətən vaxtilə Sarayda olan səyyahların göstərdiyi kimi XIV əsrin I yarısında şəhər özünün tərəqqi dövrünü yaşamaqda idi. Belə ki, 1333-cü ildə Saray Bərkədə olmuş İbn Bəttutə Saraydan böyük (səyyahın qeydinə görə onun ətrafını atla bir günə dolanmaq olarmış) abad şəhər kimi bəhs edərək burada bir çox xalqların — monqollar, aslar, qıpçaqlar, çərkəzlər, ruslar və başqalarının yaşadıqlarını göstərir. Saray Bərkədə Cuci ulusu xanlarının sikkələri (bunlar elm aləmində Cuci sikkələri adı ilə məşhurdur) kəsilirdi.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.